Əsrin bəlası - İngilis dilini necə öyrənim?
"Yaxşı ingilis dili kursu", "Yaxşı ingilis dili müəllimi", "Self-study üçün yaxşı saytlar", "Yaxşı conversation club", "Yaxşı kitab" ... Yəqin ki, hamımızın facebook qruplarında qarşılaşdığı ən populyar suallardandır. Bəlkə də özümüz də yazmışıq nə vatxsa, kim bilir? Bir zamanlar mən də ingilis dili öyrənmək üçün "sehrli yollar" axtaran biri idim. İngilis dilində danışmaq, internetdəki ingiliscə məqalələri oxuya bilmək, ingiliscə kitablar mütaliə etmək mənimçün çox uzaq xəyallar idi. Bu qədər kəşməkəşli və çətin yollardan keçib artıq "İngiliscə bilirsən?" deyə soruşanlara rahat-rahat "BİLİRƏM" deyə bildiyimə və CV də "Dil bilikləri" bölməsinə ingilis dilini rahat-rahat yazmağa müvəffəq olduğuma görə düşünürəm ki, keçdiyim yollara və doğru/səhv təcrübələrimə əsaslanıb bu barədə bir-iki kəlmə söz deməyə artıq mənim də haqqım çatır:)