Posts

Showing posts from September, 2015

Bella Napoli Ristorante Napoletano - Bakıda italyan restoranı

Image
Hər kəsə salam! :) Yeni məkanları kəşf etməyi sevən biriyəm. Ən sevdiyim cafe və ya restorana belə 2 dəfədən artıq getməyi üstün tutmuram. Yeni məkanlar, yeni ləzzətlər və yeni insanlar mənim üçün ən ideal olandır. Bu dəfə instagram sosial şəbəkəsində qarşıma çıxan və şəkilləri ilə məni özünə cəlb edən bu məkanı ziyarət etməyi qərara aldım. Şərhlərdən oxuduğum qədəri ilə hər kəs yeməklərin ləziz olmasından, ofisiantların gülərüz və mehriban olmasından razılıq edirdi. Həm də qiymətlərin münasib olduğu deyilirdi ki, bu da şəhərimizdə avropa mətbəxinə yer verən məkanlar üçün nadir görünən bir haldır. Bəs həqiqətən deyildiyi qədər oldumu? Məkandan razı qaldıqmı? Restoranın yerləşdiyi məkandan tutmuş kollektivinə qədər hər şey haqqında, ən xırda detallarına qədər fikirlərim exclusive sizlər üçün :D