Posts

Showing posts from 2016

Tənbəllik problemi və ya tamam başqa bir mövzu..

Image
Salamlar hər kəsə! Uzun zamandır blogumun qayğısına qalmadığımın fərqindəyəm. Gündəlik məqalə paylaşmasam da demək olar ki, hər gün girib blogun statistikalarını nəzərdən keçirirdim. Qaraqanın kitabı haqqında yazdığım məqaləyə google dayının da köməyi ilə hədsiz baxış sayı gəlib. Və bu da məni əlbəttə ki, çox sevindirdi. Diqqətiniz üçün minnətdaram!

TOEFL-dan necə daha çox xal yığmaq olar

Image
 Son vaxtlar TOEFL ilə maraqlanan və xaricdə oxumaq marağında olan dost-tanışların sayı artıb. İngilis dili səviyyəsini ölçən Toefl xalı nəqədər yüksək olsa tələbələr xarici universitetlərə ərizə ilə müraciət etdikdə o qədər çox qəbul olmaq və təqaüd tapmaq imkanları qazanarlar.   Buna görə  Toefl barədə daha çox danışmaq əvəzinə bəzi özüm üçün müəyyənləşdirdiyim detalları və ümumi texnikləri paylaşmaq istəyirəm. Ümid edirəm ki kimlərsə üçün faydalı olar.

Qaraqan - İkinci addım/Həqiqətin beş adı

Image
İlk öncə onu qeyd edim ki, əgər siz radikal dindarsınızsa, əgər öz köhnə fikirlərinizdə ilişib qalmaqda israr edən birisinizsə, yeniliklərə açıq olmayan və düşünməyi sevməyən, ya da düşünməkdən qorxan tipsinizsə, sakitcə X-i click edib çıxın, necə deyərlər, allaha da xoş getsin, bəndəyə də:) 

Künefe Evi - İşinin peşəkarı

Image
Hər kəsə salam! :) Uzun müddətdir blog yazmağa ara vermişdim. İşlərimlə əlaqədar. Açığı nədənsə həvəsim də ölmüşdü. Ancaq son günlər işlərimi planlaşdırıb, vaxtımı nizamlayıb və bütün gücümü toplayıb çoxdandır getdiyim məkan haqqında yazmağa qərar verdim. Çoxunuz şübhəsiz ki, bu məkanı tanıyırsınız və sevirsiniz də. Ancaq tanımayanlar varsa, ya da adını eşidib, yolda görüb getməkdə tərəddüd edənlər varsa bu məqalə onlar üçün maraqlı, gərəkli olar deyə düşündüm. Açığı, uzun ayrılıqdan sonra yazmağa çox həvəsliyəm, barmaqlarım necə deyərlər, sözümə baxmır, bütün səhifəni doldurmaq istəyir!!!